525.Az

Azərbaycan parlamentinin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb


 

Azərbaycan parlamentinin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb<b style="color:red"></b>

Azərbaycan Milli Məclisinin növbəti plenar iclası oktyabrın 22-də olacaq.

Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu APA-ya açıqlamasında bildirib ki, iclasın gündəliyinə 31 məsələ daxildir.
 
Bunlar “Bədən tərbiyəsi və idman haqqında”, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Sosial sığorta haqqında”, “Dövlət rüsumu haqqında” qanunlara, o cümlədən Mülki, Vergi, Cinayət və İnzibati Xətalar məcəllələrinə və s. dəyişikliklərdir.
 
Eyni zamanda Bakı, Gəncə və Şirvan apelyasiya məhkəmələrinin vəzifələrindən azad edilməsi və Bakı apelyasiya məhkəməsinin təyin olunması da gündəliyə daxildir.

 





17.10.2013    çap et  çap et