525.Az

Maestro Niyazinin xatirəsi yad olunub


 

Maestro Niyazinin xatirəsi yad olunub<b style="color:red"></b>

Avqustun 2-də görkəmli dirijor, Xalq artisti maestro Niyazinin vəfatının 35-ci ili tamam olur.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin əməkdaşları Niyazinin Fəxri xiyabandakı məzarı və yeni inşa olunmuş abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, Niyazinin mənzil-muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Rza Bayramov və başqaları çıxış edərək maestronun dünya musiqi tarixində tutduğu yeri və verdiyi töhfələr haqqında məlumat verib, onun yaradıcılığdan söz açıblar.

Həmçinin, dünən maestronun adını daşıyan muzeydə "Açıq qapı" günü də təşkil olunub.

 





03.08.2019    çap et  çap et