525.Az

"Bütün futbolçular Berti Foqtsun qalmağını istəyir"


 

"Bütün futbolçular Berti Foqtsun qalmağını istəyir"<b style="color:red"></b>

Oyun bizim üçün çox çətin keçdi. Çalışırdıq ki, öz meydanımızda uduzmayaq. Şükürlər olsun ki, bunu da bacardıq. Rusiya kimi komandaya qarşı mübarizə aparmaq asan deyil. Ancaq inamlı çıxış etdik və azlıqda qalsaq da, bir xal qazana bildik".

Qol.Az saytına açıqlamasında bu sözləri milli komandamızın üzvü Qara Qarayev yığmamızın Rusiya ilə oyunu (1:1) haqda danışarkən deyib.

"Qarabağ"ın yarımmüdafiəçisi qeyd edib ki, Rusiya ilə oyun prinsipillığına görə digər matçlardan fərqlənməyib: "Bizim üçün prisnsipiallıq hər bir oyunda qalib gəlməkdir. Heç bir komandaya uduzmaq istəmirik. Oyun ətrafında çox söz-söhbət gedirdi. Qarşılaşmadan əvvəl verilən müsahibələr oyuna marağı artırmışdı. Məncə, hər şey normal oldu. Azarkeşlərin Aleksandr Səmədovu fitə basmasına gəldikdə isə, bunlar olmaya da bilərdi. Ancaq yenə də bu, azarkeşlərin fikridir. Buna şərh vermək istəmirəm".

Vaqif Cavadov millimizin bərabərlik qolunu vuran zaman hücumu məhz Qara Qarayev başladı. Gənc futbolçu həmin epizodu belə şərh edib: "Əvvəl topu birbaşa cərimə meydançasına ötürmək istədim. Ancaq sonra Mahiri boş gördüm və ona ötürmə verdim. O isə topu Vaqif Cavadova yaxşı ünvanladı və şükürlər olsun ki, brabərlik qolunu vurub azarkeşlərimzi sevindirdik".

Q.Qarayev millimizin seçmə mərhələdəki çıxışını da qiymətləndirib. Bildirib ki, komandamızın artıq daha baxımlı futbol oynayır. Buna görə isə o, baş məşqçi Berti Foqtsun yığma komandadakı postunda qalmağını istədiyini deyib: "Bu seçmə mərhələdə bir neçə oyun oldu ki, biz qalib gəlməli idik. Lüksemburqla hər iki oyunda, Şimali İrlandiya ilə səfər oyununda qələbə qazanmaq şansımız çox idi. Təəssüflər olsun ki, şanssızlıqdan həmin oyunlar bərabərliklə bitdi. Məncə, bu seçmə mərhələdə yaxşı çıxış etmişik, daha maraqlı oyun göstərmişik.  Berti Foqts qalsa, bizim üçün xoş olar. Deyə bilmərəm onu saxlasınlar və ya göndərsinlər. Ancaq bütün futbolçular istəyər ki, qalsın. Çünki onunla nəticə vermişik. Məni də heyətə çağırır. Buna görə də onun millidə qalmağını istəyirəm. Yenə də son qərarı AFFA verəcək".

 





17.10.2013    çap et  çap et