525.Az

Bakıda güclü külək ağacı bankomatın üzərinə aşırdı


 

Bakıda güclü külək ağacı bankomatın üzərinə aşırdı <b style="color:red"></b>

Hazırda Bakıda müşahidə edilən güclü külək müəyyən fəsadlar törədib.

Trend-in məlumatına görə, səhər saatlarında paytaxtın Yasamal rayonunda ağac qırılıb.

Hadisə Azərbaycan Milli Elmlər Akademiyasının həyətində qeydə alınıb. Belə ki, güclü küləyin təsiri nəticəsində ağac qırılaraq binanın yaxınlığında yerləşən bankomatın üzərinə düşüb.

Hadisə nəticəsində xəsarət alan olmasa da bankomata ziyan dəyib.

 





05.08.2019    çap et  çap et