525.Az

TDƏŞ-in VII Zirvə Görüşünün keçirilməsinə dair Tədbirlər Planı təsdiqləndi


 

TDƏŞ-in VII Zirvə Görüşünün keçirilməsinə dair Tədbirlər Planı təsdiqləndi<b style="color:red"></b>

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünün keçirilməsi ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Trend-in məlumatına görə, sərəncama əsasən, Zirvə Görüşünün keçirilməsi üzrə İşçi qrupu yaradılacaq. Sərəncamda Tədbirlər Planında nəzərdə tutulan işlərin yerinə yetirilməsi üçün müvafiq qurumlara tapşırıqlar verilib.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü oktyabrın 14-15-də Bakıda keçiriləcək.

 





05.08.2019    çap et  çap et