525.Az

Güclü külək ağacı qaz xəttinin üzərinə aşırdı


 

Güclü külək ağacı qaz xəttinin üzərinə aşırdı <b style="color:red"></b>

Güclü küləyin təsirindən Müşviqabad qəsəbəsində ağac aşaraq qaz xəttini dirəklərdən ayırıb.

“Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, qaz sızması müşahidə olunmadığından abonentlərin qazla təminatında fasilə yaranmayıb.

Müvafiq təşkilatlar tərəfindən ağac qalıqları təmizləndikdən sonra qaz xətti əvvəlki vəziyyətinə qaytarılaraq bərpa olunacaq.

 





05.08.2019    çap et  çap et