525.Az

Ağcabədinin icra başçısı "Qarabağ" rəqs qrupunun üzvlərini qəbul etdi


 

Ağcabədinin icra başçısı "Qarabağ" rəqs qrupunun üzvlərini qəbul etdi<b style="color:red"></b>

Avqustun 1-də Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Üzeyir Hacıbəyli adına Ağcabədi şəhər Uşaq İncəsənət məktəbinin "Qarabağ"  rəqs qrupunun üzvlərini qəbul edib.

İcra başçısı qrup üzvlərini ölkəmizi beynəlxalq müsabiqələrdə layiqincə təmsil etdikləri üçün təbrik edib, fəaliyyətlərində uğurlar arzulayaraq öz tapşırıq və tövsiyələrini verib.
   
Qeyd edək ki, Üzeyir Hacıbəyli adına Ağcabədi  şəhər Uşaq İncəsənət məktəbinin "Qarabağ" rəqs qrupu  2009-cu ildən fəaliyyət göstərdiyi müddət ərzində müxtəlif müsabiqələrdə rayonumuzu layiqincə təmsil edib.

Rəqs qrupunun üzvləri bu müsabiqələrdə 15 kubok, 141 I dərəcəli diplom, 1 medal, Türkiyə Respublikasının Antalya şəhərində keçirilən Beynəlxalq  müsabiqədə  təşəkkürnamə, 6 sertifikat və digər qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Eyni zamanda, 2018-ci ilin dekabr ayında Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının birgə təşkilatçılığı ilə rayonumuzda keçirilən “Qarabağ” kuboku müsabiqəsində də  məktəbin rəqs qrupu 2 ədəd kubok qazanıb.
  
Bütün bu nailiyyətlərin nəticəsi olaraq “Qarabağ” rəqs qrupu Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyası tərəfindən 6-7 aprel tarixlərində Gürcüstanda keçirilmiş “Qafqaz Kuboku” adlı rəqs yarışmasında I yerə layiq görülüblər. 

Agcabədi şəhər Uşaq İncəsənət məktəbinin "Qarabağ" rəqs qurupu iyulun 1-də Gürcüstanın Ureki şəhərindəki Dostluq Festivalında uğurla cıxış ediblər. İyulun 3-də isə Gürcüstanın Batumi şəhərində kecirilən IX Beynəlxalq İncənət Müsabiqəsində qrupun üzvləri Sara Səfərova, Nuridə Bəşirova, Pərvin Mamedova, Gülnaz Əliyeva və Günay Rəhimlinin iştirakı ilə "Qaraçı" rəqsi, Sara Səfərovanın "Nəlbəki"  rəqsi ilə birinciliyi və kuboku qazanıblar.

 





05.08.2019    çap et  çap et