525.Az

Sumqayıtda ağac budağı 10 yaşlı qızın başına düşdü


 

Sumqayıtda ağac budağı 10 yaşlı qızın başına düşdü<b style="color:red"></b>

Sumqayıt şəhərinin 12-ci mikrorayonunda 10 yaşlı qızın başına ağac budaqları sınıb tökülüb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sumqayıt şəhər xəstəxanasına çatdırılan xəstəyə qapalı kəllə-beyin travması və gicgah nahiyəsindən beyin əsasına keçən sınıq diaqnozu qoyulub:

"Xəstə hazırda reanimasiya şöbəsində müalicə olunur, huşu aydındır. Vəziyyəti orta-ağırlıqdadır".

 





05.08.2019    çap et  çap et