525.Az

Bakıda güclü külək nəticəsində xəsarət alan var


 

Bakıda güclü külək nəticəsində xəsarət alan var<b style="color:red"></b>

Bakının Səbail rayonunda Azərbaycan Dövlət Filarmoniyasının yaxınlığında güclü külək nəticəsində qırılan ağacın budağı 20 yaşlı qadının üzərinə düşüb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, təcili tibbi yardım üçün çağırış saat 12.05-də daxil olub.

Xəstə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onun vəziyyəti orta ağırdır.

 





05.08.2019    çap et  çap et