525.Az

Azərbaycanda teleaparıcı intihar etdi (FOTO)


 

Azərbaycanda teleaparıcı intihar etdi <b style="color:red"> (FOTO)</b>

Oktyabrın 10-da Yevlax rayonunda dəhşətli intihar hadisəsi baş verib.

Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Yevlax şəhərində 1990-cı il təvəllüdlü Lətif Lətifov özünü bıçaqlayaraq intihar edib. 22 yaşlı oğlan bıçaqla özünə çoxsaylı xəsarətlər yetirib və hadisə yerindəcə keçinib.

Prokurorluqdan verilən məlumata görə, həyatına qəsd etmiş L.Lətifov Yevlaxda fəaliyyət göstərən regional “EL” televiziyasının aparıcısı olub. 22 yaşlı oğlan dünən Şəkidən Yevlaxa gəlib və intihar edib.

L.Lətifov Yevlaxda, “El” televisiyazı ilə yanaşı Şəkidə fəaliyyət göstərən “Kanal S” televiziyasında yayımlanan yumor verilişinin aparıcısı imiş. O dünən Şəkidə həftədə bir dəfə yayımlanan verilişin çəkilişində olub və Yevlaxa qayıdıb. Onun qan içində olan meyiti yaşadığı evin hamamında aşkarlanıb.

Faktla əlaqədar cinayət işi başlayıb, araşdırma aparılır.

 





11.10.2012    çap et  çap et