525.Az

"Sahibkarlara məhsullarını “Pokrov” bazasından çıxarmaq üçün kifayət qədər vaxt veriləcək"


 

"Sahibkarlara məhsullarını “Pokrov” bazasından çıxarmaq üçün kifayət qədər vaxt veriləcək"<b style="color:red"></b>

Moskvanın Qərbi Biryulevo rayonunda yerləşən meyvə-tərəvəz bazasının icarədarlarına məhsullarının çıxarılması üçün kifayət qədər vaxt veriləcək.

APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Moskva Ticarət və Xidmət Departamentinin rəhbəri Aleksey Nemeryuk bildirib.
 
Onun sözlərinə görə, icarədarlara istədikləri qədər vaxt veriləcək: “Moskva meri Sergey Sobyanin sahibkarlara tam kömək göstərilməsi barədə göstəriş verib. Düşünürəm ki, yaxın bir-iki gün ərzində baza tamamilə boşaldılacaq”.
 
Qeyd edək ki, Moskvanın Çertanov Rayon Məhkəməsi “Pokrov” meyvə-tərəvəz bazasının 90 gün müddətinə bağlanması haqqında qərar çıxarıb. Məhkəmənin qərarı ilə paytaxtın Qərbi Biryulevo rayonunda yerləşən “Pokrov” meyvə-tərəvəz bazasının daxil olduğu “Novıe Çeryomuşki” QSC-nin fəaliyyətinin dayandırılıb. Məhkəmədə iddiaçı qismində “Rospotrebnadzor” iştirak edib. “Rospotrebnadzor”un iddiasına görə, baza sanitar-epidemioloji qaydalara riayət etməyib.
 
“Pokrov” bazasının bağlanması orada çalışan yüzlərlə azərbaycanlı sahibkara ciddi zərər vurub

 





17.10.2013    çap et  çap et