525.Az

Hövsanda ağır qəza: 2 ölü, 12 yaralı


 

Hövsanda ağır qəza: <b style="color:red">2 ölü, 12 yaralı </b>

Avqustun 5-də saat 17 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri İ.Əsgərovun idarə etdiyi “Mercedes” və N.Həşimovun idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nəticədə avtomobillərdə olan sərnişinlərdən Əjdər Xudaverdiyev və Əli Musayev ölüb, digər 12 sərnişin isə xəstəxanaya yerləşdirilib.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

 





06.08.2019    çap et  çap et