525.Az

Sabirabadda "qara yara"ya yoluxan şəxsin son vəziyyəti açıqlandı


 

Sabirabadda "qara yara"ya yoluxan şəxsin son vəziyyəti açıqlandı <b style="color:red"></b>

Sabirabadda "qara yara"ya yoluxan 58 yaşlı kişinin vəziyyəti artıq yaxşılaşıb.

Bu barədə Trend-ə Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Mərkəzdən bildirilib ki, hazırda müalicəsini davam etdirən xəstə yaxın 1-2 gün ərzində evə buraxılacaq.

Qeyd edək ki, Sabirabadda iki nəfər "qara yara"ya yoluxmuşdu. İyulun 25-də xəstələr ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. İyulun 29-da xəstələrdən biri – 60 yaşlı kişi dünyasını dəyişib.

"Qara yara" xəstə heyvanın emalı zamanı yoluxan infeksiyadır, xəstəlik insandan insana keçmir. 2014-cü ildə 10 nəfərdə, 2015-ci ildə 9 nəfərdə, 2016-cı ildə 10 nəfərdə, 2017-ci ildə 6 nəfərdə, 2018-ci ildə 9 nəfərdə, 2019-cu ildə isə 7 nəfərdə bu xəstəliyə yoluxma qeydə alınıb. İniyədək yalnız bir nəfər "qara yara" xəstəliyindən dünyasını dəyişib.

 





07.08.2019    çap et  çap et