525.Az

“Moschino” şirkəti Dağlıq Qarabağda istehsala başlamaq niyyəti barədə yayılan xəbərləri təkzib edib


 

“Moschino” şirkəti Dağlıq Qarabağda istehsala başlamaq niyyəti barədə yayılan xəbərləri təkzib edib<b style="color:red"></b>

İtaliyanın “Moschino” geyim istehsalı şirkəti Dağlıq Qarabağda istehsala başlamaq niyyəti barədə yayılan xəbərləri təkzib edib.

APA-nın xəbərinə görə, bunu Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev bu gün keçirdiyi mətbuat konfransında bildirib.
 
Onun sözlərinə görə, oktyabrın 14-də “Moschino” şirkəti Azərbaycan tərəfinə məktub göndərib: “Məktubda deyilir ki, bu məlumat əsası olmayan dezinformasiyadır. Şirkət Ermənistanın işğalı altında olan Dağlıq Qarabağda istehsala başlamaq niyyətində deyil və belə niyyəti də olmayıb. Ermənistan KİV-də adı çəkilən Antonella Qambanın isə “Moschino” şirkətinə aidiyyəti yoxdur”.
 
Qeyd edək ki, bundan əvvəl “Versace”, “Armani” və “Prada” kimi İtaliya şirkətləri də Dağlıq Qarabağda istehsala başlamaq niyyəti barədə Ermənistan KİV-də yayılan xəbərləri təkzib edib.

 





17.10.2013    çap et  çap et