525.Az

“Yeni Üfüq” Qurban bayramını cəbhə xəttində qeyd etdi- Forolar


 

“Yeni Üfüq” Qurban bayramını cəbhə xəttində qeyd etdi- <b style="color:red">Forolar</b>

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi müqəddəs Qurban bayramı münasibətilə cəbhə xəttində bayram aksiyası keçirib. İ ctimai Birlikdən verilən məlumata görə, təşkilatın rəhbərliyi Ağdamın Quzanlı, Çəmənli və Tərtər şəhərində, eləcə də düşmənlə üz-üzə dayanan qəhrəman Həsənqaya kəndində olublar.

Tədbirdən əvvəl “Qazi Qarabağ” azanı səslənib. Sonra tədbirdə iştirak edən Qarabağ Seyid Ocaqlarının təmsilçisi Seyid Camal Əzimbəyli yerli sakinləri, şəhid və qazi ailələrini təbrik edərək, Qarabağımızın tezliklə azad olunacağını deyib və bunun üçün dua edib.

Daha sonra “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli, təşkilatın sədr müavini Xanım Qasımova və gənclər şöbəsinin rəhbəri Elvin Süleymanov çıxış edərək, bayram münasibətilə şəhid və qazi ailələrini təbrik ediblər.

Tədbir çərçivəsində  “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin dəstəyilə Quzanlı kəndində eytiyacı olan Qarabağ qazisinə əlil arabası hədiyyə edilib.

Tərtərdə, eləcə də Həsənqaya kəndində şəhid ailələrinə və məktəblilərə Bakı Atatürk liseyinin, Nizami rayonu 220 saylı məktəbin şagirdlərinin və digər xeyirxah insanların hədiyyələri təqdim edilib.

Bütün görüşlərdə  Qurban bayramı münasibətilə heyvanlar kəsilərək, əhaliyə bayram hədiyyəsi verilib. Onu da qeyd edək ki, bayramın ikinci günü “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Bakı şəhərində ikiyüzdən artıq şəhid və qazi, eləcə də imkansız ailələrə Qurban hədiyyəsi təqdim edib.









 





17.10.2013    çap et  çap et