525.Az

Peşə təhsili müəssisələrinə sənəd qəbulu davam edir


 

Peşə təhsili müəssisələrinə sənəd qəbulu davam edir<b style="color:red"></b>

2019-2020-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu davam edir.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, indiyədək 3300-dən çox müraciət qeydə alınıb. Müraciət edənlər əsasən aşpaz, dərzi, heyvandarlıq mütəxəssisi, turizm təşkilatçısı və aqroservis mütəxəssisi ixtisaslarına üstünlük veriblər.

Xatırladaq ki, peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə həyata keçirilir. Ərizələrin qəbulu avqustun 20-dək “ASAN xidmət” mərkəzlərində elektron qaydada davam edəcək.

Müsabiqənin nəticələrinin avqustun 21-də elan olunması nəzərdə tutulur.

Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar aparılır.

 





07.08.2019    çap et  çap et