525.Az

Peşə məktəblərinə qəbul olmaq üçün 3300-dən çox şəxs müraciət edib


 

Peşə məktəblərinə qəbul olmaq üçün 3300-dən çox şəxs müraciət edib<b style="color:red"></b>

2019-2020-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə qəbul olmaq üçün indiyədək 3300-dən çox müraciət edilib.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, peşə təhsili müəssisələrinə qəbul olmaq üçün elektron sənəd qəbulu avqustun 20-dək davam edəcək.

Müraciət edənlər əsasən aşpaz, dərzi, heyvandarlıq mütəxəssisi, turizm təşkilatçısı və aqroservis mütəxəssisi ixtisaslarına üstünlük veriblər.

Sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində, “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada həyata keçirilir.

Peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə həyata keçirilir.

Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar aparılır.

Nəticələrin avqustun 21-də elan olunması nəzərdə tutulub.

 





08.08.2019    çap et  çap et