525.Az

Orxan Zeynalov barəsində həbs qətimkan tədbiri seçildi


 

Orxan Zeynalov barəsində həbs qətimkan tədbiri seçildi<b style="color:red"></b>

Moskvanın Presnenski Rayon Məhkəməsi 25 yaşlı Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov barəsində həbs qətimkan tədbiri seçib.
 
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, məhkəmə zalında ifadə verən O. Zeynalov qətli törətmədiyini bildirib. O, müstəntiqlərə ilkin ifadəni fiziki təzyiq altında verdiyini söyləyib.
 
Orxan Zeynalov pul qarşılığı müqabilində zaminə buraxılmasını istəsə də, məhkəmə bu istəyi təmin etməyib.
 
*****
17.20
Orxan Zeynalov: ”Qətl törətməmişəm”
 
Rusiya paytaxtında 25 yaşlı Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov məhkəmədə cinayəti törətdiyini inkar edib.

 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, məhkəmə zalında ifadə verən O. Zeynalov qətli törətmədiyini bildirib. O, müstəntiqlərə ilkin ifadəsini fiziki təzyiq altında verdiyini söyləyib.
 
Qeyd edək ki, Moskvanın Presnenski Rayon Məhkəməsində Orxan Zeynalovun barəsində həbs qəti-imkan tedbirinin seçilməsinə baxılır.

 





17.10.2013    çap et  çap et