525.Az

Tərəfdarları Atambayevi belə qoruyur - Video


 

Tərəfdarları Atambayevi belə qoruyur - <b style="color:red">Video</b> Qırğızıstanın keçmiş Prezidenti Almazbek Atambayevin evinin ətrafında çəkilmiş video yayılıb.

“Qafqazinfo”nun məlumatına görə, videodan görünür ki, hələ də eks-prezidentin tərəfdarları geri çəkilmək niyyətində deyil.

Onlar hücuma açıq şəkildə hazırlaşırlar və müdaxilə olduğu təqdirdə sərt müqavimət göstərəcəklər.

Xüsusi əməliyyatdan sonra yerlər və pilləkənlər qan içindədir.

Tərəfdaşlar bayıra stullar düzərək növbə gözləyirlər. Onlar adi vətəndaşlar olsa da, əyinlərində təhlükəsizlik jiletləri və hərbi sursat var. Yanlarına isə xeyli daş və küt alətlər yığıblar.

Qeyd edək ki, gecə saatlarından davam edən insident nəticəsində 50-yə yaxın yaralananın olduğu və 1 nəfərin isə öldüyü deyilir.
 
 





08.08.2019    çap et  çap et