525.Az

Yuri Syomin: "Moskvada baş verənlər siyasi məsələdir"


 

Yuri Syomin: "Moskvada baş verənlər siyasi məsələdir"<b style="color:red"></b>

“Qəbələ” futbol klubunun rusiyalı baş məşqçisi Yuri Syomin son günlər Moskvada baş verənlərə münasibət bildirmək istəməyib.

66 yaşlı mütəxəssis Modern.az saytına açıqlamasında bu haqda danışmaq istəmədiyini deyib:

“Mənim bu barədə danışmağım doğru olmaz. Çünki Moskvada baş verənlər siyasi məsələdir. Ona görə də münasibət bildirmək istəmirəm”.

Qeyd edək ki, 31 yaşlı Azərbaycan vətəndaşı Orxan Zeynalovun Moskva sakini Yeqor Şerbakovu öldürməkdə şübhəli bilinərək saxlanılması Rusiyada soydaşlarımıza qarşı rəsmi və qeyri-rəsmi səviyyədə münasibətin kəskinləşməsinə səbəb olub.

 





17.10.2013    çap et  çap et