525.Az

Atambayevin oğlu istintaqa çağırıldı


 

Atambayevin oğlu istintaqa çağırıldı<b style="color:red"></b>

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin oğlu Seyitbek Atambayev ifadə vermək üçün Daxili İşlər Nazirliyinə çağırılıb.

Trend-in məlumatına görə, bunu onun vəkili bildirib.

Vəkil S.Atambayevin hansı məsələrlə bağlı sorğu-sual olunduğu barədə məlumatı olmadığını qeyd edib.

Xatırladaq ki, avqustun 7-i axşam saatlarında Almazbek Atambayevin saxlanması üçün xüsusi əməliyyat keçirilib.

Əməliyyat zamanı baş vermiş atışma nəticəsində 100-ə yaxın şəxs yaralanıb, bir neçə xüsusi təyinatlı sabiq prezidentin tərəfdarları tərəfindən girov götürülüb. Avqustun 8-i A.Atambayev polisə təslim olub. Sabiq prezidentə qarşı korrupsiya ittihamları irəli sürülüb.

 





09.08.2019    çap et  çap et