525.Az

Avtovağzal Qurban bayramına görə "Neoplan"lar da cəlb edib


 

Avtovağzal Qurban bayramına görə "Neoplan"lar da cəlb edib <b style="color:red"></b>

Qurban bayramı ilə əlaqədar sərnişin axınının çox olmasını nəzərə alaraq, xəttə digər avtobuslarla yanaşı, iritutumlu "Neoplan"lar da cəlb olunub.

Trend-in məlumatına görə, bunu Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova deyib.

P.Məmmədova bildirib ki, bu, öz növbəsində sərnişinlərin komfortlu və rahat gedişini təmin etməyə yardımçı olacaq:

“Sərnişinlərdən xahiş edirik ki, səfər etmək istədikləri istiqamətlərə bilet almaq üçün yola düşməyi planlaşdırdıqları saatda deyil, daha öncədən gəlib biletləri əldə etsinlər”.

Qeyd edək ki, BBAK Qurban bayramı ilə əlaqədar avqustun 7-dən 14-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

 





09.08.2019    çap et  çap et