525.Az

Gürcüstanda NATO hərbi təlimi başa çatdı - Yenilənib


 

Gürcüstanda NATO hərbi təlimi başa çatdı - <b style="color:red">Yenilənib </b>

Gürcüstanda NATO üzvü və tərəfdaşı olan 14 ölkədən hərbçilərin iştirakı ilə keçirilən  "Agile Spirit - 2019" (Çevik Ruh 2019)  beynəlxalq hərbi təlimləri başa çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstanın Axaltsixe rayonunda yerləşən Orfolo hərbi bazası ərazisində təlimlərin rəsmi bağlanış mərasimi keçirilib.

Mərasimdə Gürcüstanın Prezidenti Salome Zurabişvili, Baş nazir Mamuka Baxtadze və digər hökümət rəsmiləri, eləcə də ölkədə fəaliyyət göstərən diplomatik korpus nümayəndələri iştirak edib.

*** 10:32

Bu gün Gürcüstanda NATO üzvü və tərəfdaşı olan 14 ölkədən hərbçilərin iştirakı ilə keçirilən "Agile Spirit - 2019" (Çevik Ruh 2019)  beynəlxalq hərbi təlimləri başa çatacaq.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, builki təlimlərin bağlanış mərasimi Axaltsixe rayonunda yerləşən Orfolo təlim-məşq ərazisində keçiriləcək. Sonuncu gündə təlimə cəlb edilmiş şəxsi heyət ağır artilleriya vasitəsi ilə müdafiə və hücum əməliyyatları yerinə yetirəcək.

Qeyd edək ki, sayca 9-cu olan builki təlimlərin məqsədi iştirakçı ölkələr arasında hərbi əməkdaşlığı gücləndirmək, çoxmillətli şəraitdə planlama və icra etmə zamanı əməliyyat imkanlarını artırmaq, müttəfiq ölkələrlə idarəetmə vasitələrini inkişaf etdirmək, Qara dəniz bölgəsində sabitlik və təhlükəsizliyin qorunmasına töhfə verməkdir.

Hərbi təlimlər Senaki 2-ci piyada Briqadası, Orfolo və Vaziani hərbi bazaları olmaqla üç müxtəlif ərazidə keçirilib. Təlimlərdə NATO üzvü və tərəfdaşı ölkələr - ABŞ, Birləşmiş Krallıq, Latviya, Litva, Polşa, Norveç, Belçika, Bolqarıstan, Yunanıstan, Monteneqro, Rumıniya, Türkiyə və Ukrayna və Gürcüstan 3000 həbri qulluqçu iştirak edib.

Beynəlxalq hərbi təlimlərin ssenarisində əsasən, komanda, kadr hazırlığı və sahə təhsili, birgə əməliyyatlarda döyüş və dəstək elementləri yer alıb.

Hərbi təlim iyulun 27-dən başlayıb.

 





09.08.2019    çap et  çap et