525.Az

Çin ABŞ-ı Honkonqdakı vəziyyətə müdaxilə etməməyə çağırdı


 

Çin ABŞ-ı Honkonqdakı vəziyyətə müdaxilə etməməyə çağırdı <b style="color:red"></b>

Çin ABŞ-ı Honkonqdakı vəziyyətə və Çinin daxili işlərinə qarışmağı dayandırmağa çağırıb.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hua Çunin ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Orqatusun şərhi ilə bağlı bildirib.

"ABŞ Dövlət Departamentinin nümayəndəsi gözlənilmədən Amerika diplomatlarının digər ölkələrin daxili işlərinə müdaxiləsini normal təqdim edir və üstəlik təriflər yağdırır. ABŞ bu cür davranarsa, dünya sakit ola bilərmi? ", - deyə çinli diplomat əlavə edib.

O, Vaşinqtonu beynəlxalq hüquqa və beynəlxalq münasibətlərin təməl prinsiplərinə hörmətlə yanaşmağa çağırıb.

 





09.08.2019    çap et  çap et