525.Az

Şimali və Cənubi Kipr prezidentləri sentyabrda təkrar görüşəcəklər


 

Şimali və Cənubi Kipr prezidentləri sentyabrda təkrar görüşəcəklər <b style="color:red"></b>

Bu gün Şimali Kipr Türk Respublikasının prezidenti Mustafa Akıncı ilə Cənubi Kipr prezidenti Nikos Anastasiadis arasında görüş olub.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, beş aydan sonra təkrar bir araya gələn  tərəflərin gündəmində Kipr adası, Kipr ətrafında təbii qaz yataqları ilə bağlı qazma işləri, Qapalı Maraşı açmağa dair müzakirə aparılıb. Üç saat yarımlıq görüşdə tərəflər arasında razılıq əldə edilməyib.

Görüşü təşkil etmiş Birləşmiş Millətlər Təşkilatı hər iki liderin sentyabrda Nyu-Yorkda yenidən bir araya gələcəyini açıqlayıb.

Növbəti görüşdə Şimali və Cənubi Kipr nümayəndələrindən başqa, Türkiyə, İngiltərə, Yunanıstan təmsilçilərinin də iştirakı planlaşdırılır.

 





09.08.2019    çap et  çap et