525.Az

Bakı metrosunda daha iki yeni ventilyator istismara verildi


 

Bakı metrosunda daha iki yeni ventilyator istismara verildi <b style="color:red"></b>

Bakı metropoliteninin “Qara Qarayev” və “Memar Əcəmi” (Yaşıl xətt) stansiyalarında ventilyatorların yenilənməsi prosesi başa çatıb.

“Bakı metropoliteni” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, bu stansiyalarda iyun ayının əvvəllərində iki yeni ventilyator istifadəyə verilib.

Texnoloji prosesin tələblərinə uyğun olaraq quraşdırılan daha 2 ventilyator stansiyaların havalandırma şaxtalarını tam komplektləşdirib.

Bu il alınmış 7 ventilyatordan qalan üçünün də quraşdırılması istiqamətində işlər planlı şəkildə davam edir. İki güclü ventilyatorun quraşdırılacağı "Ulduz-Nəriman Nərimanov" mənzil tunellərindəki şaxtada köhnə avadanlığın sökülməsinə başlanılıb.

Qarşıdakı müddətdə "Nizami" stansiya tunelində yerləşən şaxtada da yeni ventilyator quraşdırılacaq.

 





09.08.2019    çap et  çap et