525.Az

Kəlbəcər və Laçın sakinləri adından XİN-ə yazılı bəyanat təqdim edilib


 

Kəlbəcər və Laçın sakinləri adından XİN-ə yazılı bəyanat təqdim edilib<b style="color:red"></b>

Bu gün Azərbaycanın işğal olunmuş Kəlbəcər və Laçın rayonlarından olan bir qrup məcburi köçkünlə Xarici İşlər Nazirliyində (XİN) görüş keçirilib. 

APA-nın xəbərinə görə, bu barədə XİN-in Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva “Twitter” səhifəsində bildirib. 

“Hər 2 rayonun sakinləri adından Xarici İşlər Nazirliyinə yazılı bəyanat təqdim edilib. Torpaqlarımızın azad olunması, köçkünlərimizin evlərinə qayıtmasının təmin edilməsi tələbi səsləndirildi!”, - L. Abdullayeva qeyd edib.

 





09.08.2019    çap et  çap et