525.Az

Qırğız Respublikası müxalifətinin lideri ölkəyə qayıtdı


 

Qırğız Respublikası müxalifətinin lideri ölkəyə qayıtdı<b style="color:red"></b>

Qırğız Respublikası hakimiyyətinə müxalif olan Ömürbek Babanov avqustun 9-da ölkəsinə qayıdıb.

“Report” “kloop.kg”a istinadən xəbər verir ki, onu Bişkekin Manas hava limanında yüzlərlə tərəfdarı qarşılayıb.

“Qayıtdığım üçün şadam. Məni dəstəkləyənlərə təşəkkür edirəm”, - o, tərəfdarlarına bildirib.

Qırğız Dövlət Təhlükəsizlik Komitəsi avqustun 8-də bildirmişdi ki, Ömürbek Babanov qayıdacağı halda, həbs olunacaq. O, “millətlərarası düşmənçiliyi qızışdırmaqda” və “kütləvi iğitşaş yaradaraq hakimiyyəti güc yolu ilə ələ keçirməyə hazırlıqda” ittiham olunur. İkinci maddə üzrə cinayət işinin istintaqı dayandırılıb.

Ömürbek Babanov 2017-ci ildə keçirilən seçkidə Qırğız Respublikasının indiki prezidenti Sooronbay Jeenbekovun başlıca rəqibi olub. Bu siyasi kampaniyada məğlub olduqdan sonra ölkəsini tərk edib.

O, ölkənin ən varlı adamlarından biri sayılır. Var-dövlətinin 1,5 milyard dollar olduğu bildirilir.

Ö.Babanov 1970-ci il mayın 20-də anadan olub. Respublika-Ata Jurt Partiyası və parlament fraksiyasının keçmiş lideridir. 2011-ci il dekabrın 23-dən 2012-ci il sentyabrın 1-dək ölkənin baş naziri olub.

 





09.08.2019    çap et  çap et