525.Az

Nigeriya sahillərində girov götürülən türk dənizçilər azad edildilər


 

Nigeriya sahillərində girov götürülən türk dənizçilər azad edildilər<b style="color:red"></b>

Nigeriya sahillərində dəniz quldurları tərəfindən girov götürülən 10 türk dənizçi azad edilib.

Trend-in Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, azad edilən dənizçilərin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Xatırladaq ki, iyulun 13-ü Nigeriya sahillərində Türkiyə bayrağı altında üzən “Paksoy-I” gəmisinə dəniz quldurları tərəfindən silahlı hücum edilib. Hücum zamanı gəmidə 18 nəfər olub və onlardan 10-u girov götürülb.

 





10.08.2019    çap et  çap et