525.Az

Ankara və Vaşinqton Suriyanı müzakirə ediblər


 

Ankara və Vaşinqton Suriyanı müzakirə ediblər<b style="color:red"></b>

Türkiyə prezidentinin mərbuat katibi İbrahim Kalın və Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton arasında telefon danışığı olub.

Trend-in Türkiyə KİV-nə isitnadən verdiyi məlumata görə, tərəflər telefon danışığı zamanı ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər.

İ.Kalın və C.Bolton həmçinin Suriyanın şimalında təhlükəsizlik zonasının, Suriya üzrə Türkiyə-ABŞ birgə əməliyyatlar mərkəzinin yaradılmasını və iki ölkə arasında əmtəə dövriyyəsinin artırılması ətrafında fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı Suriyanın şimalında təhlükəsizlik zonasının ən qısa müddətdə yaradılmasının vacibliyi vurğulanıb.

Bundan əlavə tərəflər sentyabrda ABŞ maliyyə naziri Uilbur Rossun rəhbərlik etdiyi nümayəndə heyətinin və Donald Trampın bu il Türkiyəyə planlaşdırılan səfərini müzakirə ediblər.

 





10.08.2019    çap et  çap et