525.Az

Deputat: "Bu uğurlara həyata keçirilən islahatlar sayəsində nail olunub"


 

Deputat: "Bu uğurlara həyata keçirilən islahatlar sayəsində nail olunub"<b style="color:red"></b>

Bu gün dövlətimiz qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayırır. Sahibkarlığın inkişafı diqqət mərkəzindədir. Cənab prezidentimizin uzaqgörən siyasətinin nəticəsidir ki, bu gün regionlarda kənd təsərrüfatının ayrı-ayrı sahələri sürətlə inkişaf edir. Fermerlərə subsidiyalar ayrılır.

Bunu Trend-ə Yeni Azərbaycan Partiyasından olan millət vəkili Sona Əliyeva deyib.

Millət vəkili bildirib ki, bu uğurlara ölkəmizdə həyata keçirilən islahatlar sayəsində nail olunub: "Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar və nümayiş etdirdiyi siyasi iradə nəticəsində artıq ölkəmizdə güclü iqtisadiyyat formalaşıb. Son illərdə isə aparılan islahatlar daha da dərinləşib və mahiyyətcə yeni xarakter kəsb edib. Vergi və gömrük sahəsindəki yeniliklər, lisenziyaların verilməsinin və biznesə başlama prosedurlarının sadələşdirilməsi, yoxlamaların aradan qaldırılması, yerli istehsalın və onun ixracının dövlət tərəfindən stimullaşdırılması, “Made in Azerbaijan” brendinin dünyada tanıdılması istiqamətində atılan addımlar və sair buna əyani sübutdur".

Millət vəkili bildirib ki, bu mənada iqtisadi göstəricilərin ilin ikinci yarısında da artan xətlə yüksələcəyi gözləniləndir: "Aparılan islahatların müsbət nəticələri dünyanın nüfuzlu beynəlxalq təşkilatları və reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir. Fikrimi faktlarla əsaslandırmaq istərdim. Belə ki, Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan öz mövqeyini 32 pillə yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın islahatçı 10 ölkəsi siyahısına daxil edilib. Bununla da MDB ölkələri arasında lider mövqeyə yüksəlib.

Digər tərəfdən, “Azərbaycan 2019 - Avropa İttifaqı Biznes Mühiti Hesabatı”nda Avropa İttifaqı şirkətlərinin 74%-i cari makroiqtisadi vəziyyəti güclü və qənaətbəxş, 90%-i isə makroiqtisadi vəziyyətin perspektivlərini yaxşı və sabit kimi qiymətləndiriblər. Avropa İttifaqının builki “Azərbaycan investisiya məkanı kimi” sorğusunda isə iştirak etmiş şirkətlərin 75%-i “Azərbaycana yenidən investisiya qoyardınızmı” sualına müsbət cavab verib, ölkəmizdəki təhlükəsizliyi, siyasi və sosial sabitliyi yüksək dəyərləndiriblər".

 





12.08.2019    çap et  çap et