525.Az

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin işçilərinin maaşları artırıldı - Siyahı


 

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin işçilərinin maaşları artırıldı - <b style="color:red">Siyahı</b>

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin işçilərinin aylıq vəzifə maaşları artırılıb.

"Report"un məlumatına görə, bununla bağlı Nazirlər Kabinetinin “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarında dəyişiklik edilib.

Dəyişikliyə əsasən, Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin işçilərinin aylıq vəzifə maaşları artırılaraq aşağıdakı kimi olub:

Sıra №-si Vəzifələrin adı Aylıq vəzifə maaşı (manatla)
1. İdarə rəisi 720
2. İdarə rəisinin müavini 520
3. Baş mühasib, sektor müdiri 470
4. Baş mühasibin müavini, baş məsləhətçi 445
5. Metodiki Mərkəzin müdiri 430
6. Aparıcı məsləhətçi 415
7. Məsləhətçi 405
8. Metodist 390
9. Bölmə rəhbəri 375
10. Böyük iqtisadçı, böyük mühasib 370
11. Aparıcı mühasib 350
12. İqtisadçı, mühasib, kompüter üzrə mütəxəssis 340
13. Avtomobil sürücüsü 320
14. Katibə-kompüter operatoru 295
15. Xadimə, fəhlə 260

Qeyd edək ki, qərar bu ilin sentyabrın 1-dən qüvvəyə minir.

 





13.08.2019    çap et  çap et