525.Az

Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma Mərkəzinin işçilərinin maaşları artırılıb


 

Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma Mərkəzinin işçilərinin maaşları artırılıb<b style="color:red"></b>

Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları artırılıb.

"Report"un məlumatına görə, bununla bağlı Nazirlər Kabinetinin “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarında dəyişikliklər edilib.

Dəyişikliyə əsasən, Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları artırılaraq aşağıdakı kimi olub:

Sıra №-si Vəzifələrin adı Aylıq vəzifə maaşı (manatla)
1. Mərkəzin rəisi 790
2. Mərkəzin rəisinin müavini 625
3. Aparıcı məsləhətçi 460
4. Məsləhətçi 455
5. Avtomobil sürücüsü 320
6. Kargüzar 295
7. Xadimə 260

Qeyd edək ki, qərar bu ilin sentyabrın 1-dən qüvvəyə minir.

 





13.08.2019    çap et  çap et