525.Az

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları artırılıb


 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları artırılıb<b style="color:red"></b>

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları artırılıb.

"Report"un məlumatına görə, bununla bağlı Nazirlər Kabinetinin “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarında dəyişikliklər edilib.

Dəyişikliklə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları artırılaraq aşağıdakı kimi olub:

Sıra №-si Vəzifələrin adı Aylıq vəzifə maaşı (manatla)
1. İcraçı direktor 1980
2. Müşavir 1540
3. Baş mühasib 1450
4. Şöbə müdiri 1410
5. Baş məsləhətçi 1255
6. Aparıcı məsləhətçi 1030
7. Məsləhətçi 930
8. Hüquqşünas, informasiya texnologiyaları üzrə mütəxəssis 800
9. Avtomobil sürücüsü 320

Qeyd edək ki, qərar bu ilin sentyabrın 1-dən qüvvəyə minir.

 





13.08.2019    çap et  çap et