525.Az

Suriya təyyarəsində ruslar da olub


 

Suriya təyyarəsində ruslar da olub<b style="color:red"></b> Suriyanın paytaxtı Dəməşqdən Moskvaya uçuş edən və Türkiyə hava məkanında saxlanılan təyyarədə rus sərnişinlər də olub.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin katibi Maria Zakharovan təyyarədə 17 rus vətəndaşının olduğunu qeyd edib.

Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu isə Suriyadan Rusiyaya uçuş edən təyyarənin Ankara hava məkanında saxlanılmasının Türkiyə-Rusiya əlaqələrinə təsir etməyəcəyini söyləyib.

Baş verən olayla əlaqədar Rusiya mediası da Davudoğlunun açıqlamalarına geniş yer ayırıb. Qeyd edək ki, təyyarə 9 saatdan sonra uçuşunu bərpa edərək Ankara hava məkanını tərk edib.

NİGAR
 





11.10.2012    çap et  çap et