525.Az

Müşfiq Rəhimov daxili işlər nazirinin adına yazdığı raport əsasında sərəncama götürüldü


 

Müşfiq Rəhimov daxili işlər nazirinin adına yazdığı raport əsasında sərəncama götürüldü<b style="color:red"></b>

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı işdən çıxarılıb.

APA-nın məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Baş Dövlət Yol Polisi İdarəsinin imtahan-qeydiyyat idarəsinin rəis müavini, polis polkovnik-leytenantı Müşfiq Rəhimov daxili işlər nazirinin adına yazdığı raport əsasında tutduğu vəzifədən azad edilərək Daxili İşlər Nazirliyinin sərəncamına götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya xəbəri təsdiqləyiblər.

Qeyd edək ki, avqustun 12-də Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Mübariz Şahbazov daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

 





14.08.2019    çap et  çap et