525.Az

Şəfiqə Məmmədova: “İstefalardan xəbərim var”


 

Şəfiqə Məmmədova: “İstefalardan xəbərim var”<b style="color:red"></b>

“İttifaqdan istefalarla bağlı xəbərim var, lakin istefaların səbəbini bilmirəm”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova deyib.

Sədr İttifaqdan istefalarla bağlı yayılan məlumatı təsdiqləyib, lakin üzvlərin istefa səbəblərini bilmədiyini deyib:

“Yaxın vaxtlarda onların çıxmağının səbəbi dəqiq bilinəcək”.

Qeyd edək ki, mətbuatda qurumun üç üzvünün - rejissor Yusif Quliyevin, prodüserlər Yalçın Verdiyev və Elşad Allahverdiyevin üzvlükdən azad olunmaq haqda müraciət etməsi xəbəri yayılıb.

 





14.08.2019    çap et  çap et