525.Az

Tramp: "ABŞ-ın problemi Çin yox, FES-dir"


 

Tramp: "ABŞ-ın problemi Çin yox, FES-dir"<b style="color:red"></b>

Federal Ehtiyyatlar Sistemi (FES) faiz dərəcəsini çox ləng azaldır.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu öz "Twitter" səhifəsində ABŞ prezidenti Donald Tramp yazıb.

D.Tramp bildirib: "Çin bizim üçün problem deyil, lakin Honqkonq ətrafındakı vəziyyət məsələyə kömək etmir. Bizim problemimiz FES-dir. Həddən artıq çox və həddən artıq tez yüksəltdilər. İndi isə çox ləng azaldırlar".

Onun sözlərinə görə, dövlət istiqrazlarının gəlirliliyi çox böyükdür və digər ölkələr əlacsız Cey Pauelə və FES-ə "təşəkkür" edirlər: "Almaniya və digərləri bu oyunu oynayırlar! Mənfi və düzgün olmayan gəlir! Biz daha çox gəlir əldə etməliyik, FES isə buna imkan vermir. Biz qalib gələcəyik!"

 





15.08.2019    çap et  çap et