525.Az

"Bu ilin birinci yarısında ölkə ərazisindən 4,1 milyon ton tranzit yük daşınıb"


 

"Bu ilin birinci yarısında ölkə ərazisindən 4,1 milyon ton tranzit yük daşınıb"<b style="color:red"></b>

2019-cu ilin birinci yarısında ölkə ərazisindən 4,1 milyon ton tranzit yük daşınıb.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev nazirlikdə keçirilən geniş kollegiya iclasında çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, bu dövr ərzində Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmində 63% artım müşahidə olunub, 131 min ton yük daşınıb:

"Şimal-Qərb və Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə daşınan yüklərin həcmində də əhəmiyyətli dərəcədə artım qeydə alınıb. Belə ki, bu ilin 6 ayında Şimal-Qərb nəqliyyat dəhlizi ilə daşınan ümumi tranzit yükün həcmi 70% artaraq 829 min ton təşkil edib. Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınan qeyri-neft məhsullarının həcmi isə 42,8% artaraq 795 min ton olub".

 





15.08.2019    çap et  çap et