525.Az

Notr-Dam kilsəsi yenidən dağıla bilər


 

Notr-Dam kilsəsi yenidən dağıla bilər<b style="color:red"></b>

Fransanın Mədəniyyət Nazirliyi Paris Notr-Dam kilsəsinin yenidən dağılmaq təhlükəsi olduğunu bildirib.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, şəhərdəki anomal istilər nəticəsində kilsə qübbələrindəki konstruksiyaların düşməsi halları qeydə alınıb.

Nazirlikdən o da bildirilib ki, yanğından sonra Paris Notr-Dam kilsəsində restavrasiya işlərinə başlanılmayıb, hələ ki, dağılmaların qarşısı alınır.

Qeyd edək ki, aprelin 15-də yanğın zamanı Paris Notr-Dam kilsəsinin damının üçdə iki hissəsi uçub, o cümlədən, qotik üslubunda tikilmiş qüllə tamamilə dağılıb.

İlkin məlumatlara görə, yanğına səbəb bərpa işləri zamanı ehtiyatsızlıqdan baş verib.

 





15.08.2019    çap et  çap et