525.Az

Paşinyan baş məsləhətçisini vəzifəsindən azad etdi


 

Paşinyan baş məsləhətçisini vəzifəsindən azad etdi<b style="color:red"></b>

Ermənistan baş naziri Nikol Paşinyanın baş məsləhətçisini vəzifəsindən azad edib.

APA-nın “tert.am” saytına istinadən verdiyi xəbərə görə, Ermənistanın baş naziri bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Nikol Paşinyanın baş məsləhətçisi Aram Qaribyan 2019-cu il sentyabrın 2-dən etibarən səlahiyyətlərinin icrasını dayandıracaq.

Digər qərara əsasən, baş nazirin köməkçisi Mqer Saakyan və xarici siyasət məsələləri üzrə müşaviri Arsen Qasparyan da vəzifələrindən azad olunublar.

 





15.08.2019    çap et  çap et