525.Az

Kremlin ərazisində İkinci Dünya müharibəsindən qalan bomba tapıldı


 

Kremlin ərazisində İkinci Dünya müharibəsindən qalan bomba tapıldı<b style="color:red"></b>

Moskvada Kremlin ərazisində İkinci Dünya müharibəsindən qalan bomba tapılıb.

APA-nın Moskva bürosunun verdiyi xəbərə görə, bu barədə Kremlin komendantı general-leytenant Sergey Xlebnikov məlumat verib.

Onun sözlərinə görə, aviasiya bombası Kremlin ərazisində torpaq bərkidilən zaman aşkar edilib:

"Çar dövründə həmin yerdə buzxana yerləşib. Orada hidroizolyasiya üçün torpağı qazıblar".

Kremlin komendantı bombanın zərərsizləşdirildiyini və məhv edilməsi üçün aparıldığını söyləyib. 

Qeyd edək ki, 1941-ci ilin 10-11 avqust tarixlərində İkinci Dünya müharibəsi zamanı atılan bombalardan biri Kremlin Nikolskaya qülləsinin yanına düşüb.

 





15.08.2019    çap et  çap et