525.Az

Milli antivirus proqramı gələn ay istifadəyə veriləcək


 

Milli antivirus proqramı gələn ay istifadəyə veriləcək <b style="color:red"></b>

Azərbaycan gələn ay milli antivirus proqramını istifadəyə verməyə hazırlaşır.

Bu barədə “Report”a hökumətdəki mənbə bildirib.

“Hazırda antivirus proqramının üzərində son işlər gedir. Bu işlərin sentyabrda yekunlaşdırılması nəzərdə tutulub. Proqramın adı hələ ki, müəyyən edilməyib”, - deyə, mənbə qeyd edib.

Xatırladaq ki, proqramın hazırlanması barədə ilk dəfə bu ilin mart ayında Bakıda keçirilmiş "Kibertəhlükəsizlik həftəsi" çərçivəsində məlumat verilib.

 





15.08.2019    çap et  çap et