525.Az

Bakıda Hindistanın Müstəqillik günü münasibətilə tədbir


 

Bakıda Hindistanın Müstəqillik günü münasibətilə tədbir <b style="color:red"></b>

Bakıda 15 avqust - Hindistanın Müstəqillik günü münasibətilə tədbir təşkil olunub.

APA-nın xəbərinə görə, Hindistanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunan tədbirdə şimal-şərqi Hindistan ərazisində olan Assam vilayətinə məxsus Bihu Xalq Rəqsləri nümayiş edilib.

Tədbirdə çıxış edən Hindistanın Azərbaycandakı səfiri Banlalvavna Bavitlunq Hindistan və Azərbaycan arasında diplomatik əlaqələrin 1992-ci ildə qurulduğunu xatırladıb.

O bildirib ki, iki ölkə arasında müxtəlif sahələrdə, xüsusən də mədəni və humanitar sahələrdə əlaqələr daha da inkişaf etməkdədir və belə mədəni tədbirlər bunun bariz göstəricisidir.

 





16.08.2019    çap et  çap et