525.Az

“Təfəkkür” Universiteti doktorantura yaradılan ali məktəblər siyahısından çıxarıldı


 

“Təfəkkür” Universiteti doktorantura yaradılan ali məktəblər siyahısından çıxarıldı<b style="color:red"></b>

Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin siyahısından çıxarılıb.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edib.

Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin fəlsəfə doktoru  üzrə doktorantura təhsilini təşkil etmək hüququ olub.

Nazirlər Kabinetinin qərarı ilə Naxçıvan Müəllimlər İnstitutuna fəlsəfə doktorları hazırlamaq hüququ verilib.

 





16.08.2019    çap et  çap et