525.Az

İndoneziya prezidenti paytaxtın Kalimantan adasına köçürülməsini təklif edib


 

İndoneziya prezidenti paytaxtın Kalimantan adasına köçürülməsini təklif edib<b style="color:red"></b>

İndoneziya prezidenti Joko Vidodo parlamentin qarşısında ölkənin paytaxtını Cakartadan Kalimantan adasına (Borneo) köçürülməsi ilə bağlı rəsmi təkliflə çıxış edib.

Trend-in məlumatına görə, bu barədə J.Vidodo ölkənin müstəqilliyinin 74-ci ildönümünə həsr olunmuş nitqdə deyib.

İndoneziya prezidenti deyib: "Sizdən milli paytaxtı Kalimantan (adasına) köçürmək üçün icazə istəyərəm".

Eyni zamanda, İndoneziya lideri hansı şəhərin respublikanın paytaxtı olacağını hələki açıqlamaqdan imtina edib.

 





16.08.2019    çap et  çap et