525.Az

Milli Kitabxanadan yeni sərgilər


 

Milli Kitabxanadan yeni sərgilər<b style="color:red"></b>

Avqustun 10-da Milli Kitabxanada görkəmli ədəbiyyatşünas alim, tanınmış ictimai xadim, yazıçı-publisist, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynovun yaradıcılığına həsr olunmuş kitab və dövri mətbuat materiallarından ibarət "Rafael Hüseynov-65" adlı sərgi açılıb.

Kitabxanadan bildirilib ki, sərgidə alimin Azərbaycan və xarici dillərdə əsərləri, elmi məqalələri, tərtib və tərcümə etdiyi, redaktoru olduğu, "Ön söz" yazdığı kitablar, dövri mətbuat materialları nümayiş olunur.

Sərgi 10 gün davam edəcək.

Həmin gün Kitabxanada açılan növbəti kitab sərgisi "12 avqust - Beynəlxalq Gənclər Günüdür" adlanır. Kitabxanadan bildirilib ki, Azərbaycan və dünya gənclərinin hərtərəfli inkişafını, cəmiyyətin həyatında onların fəal iştirakını təmin etmək məqsədilə keçirilən sərgidə Azərbaycan, rus və digər dillərdə kitablar və dövri mətbuat materialları nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Qeyd edək ki, 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəlxalq konfransda hər il avqustun 12-nin dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunması qərara alınıb.

Şahanə MÜŞFİQ

 





16.08.2019    çap et  çap et