525.Az

Mərkəzi Nəbatat Bağı əməkdaşlığı genişləndirir


 

Mərkəzi Nəbatat Bağı əməkdaşlığı genişləndirir<b style="color:red"></b> Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Ankara şəhərində yerləşən Türkiyə Milli Botanika Bağının rəhbərliyinin bir qrup əməkdaşı Mühərrəm Cihan, Dr. Özləm Mavi İdman və Mərvə Yılmaz AMEA Mərkəzi Nəbatat Bağının qonağı olublar.

Mərkəzi Nəbatat Bağının direktoru Vahid Fərzəliyev qonaqlara Mərkəzi Nəbatat Bağının elmi-tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri, Bağın kolleksiya sahələrində olan bitkilər haqqında məlumat verib.

Qonaqlar Bağın qızılgül, dərman və nadir bitkilərin kolleksiya sahələri ilə yaxından tanış olub, iki qardaş ölkə arasında əməkdaşlıq perspektivlərini yüksək qiymətləndirərək birgə tədqiqatlar, kadr və təcrübə mübadiləsi, müştərək layihələr və ekspedisiyaların təşkili, bitki materiallarının mübadiləsi üçün geniş imkanların olduğunu vurğulayıblar.
 





16.08.2019    çap et  çap et