525.Az

Lənkəran və Beyləqanda fitosanitar müşahidələr


 

Lənkəran və Beyləqanda fitosanitar müşahidələr <b style="color:red"></b>

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika üzrə fitosanitar müşahidələr və fermerlərin bu sahədə maarifləndirilməsi tədbirlərini davam etdirir.
 
AQTA-dan verilən məlumata görə, agentliyin mütəxəssisləri bu istiqamətdə növbəti dəfə Lənkəran rayonunda sitrus bitkiləri becərən sahibkarlarla görüşüblər.

Sahibkarlara aqrokimyəvi maddələrdən istifadə, pestisidlərlə işləyən zaman əməl edilməli təhlükəsizlik qaydaları barədə geniş məlumat verilib. Bildirilib ki, sitrus bitkilərinə zərər verən orqanizmlər və onlara qarşı mübarizə tədbirləri yüksək məhsuldarlığa nail olmaq və fitosanitar sabitliyi qorumaq baxımından çox vacibdir.

Görüş çərçivəsində agentliyin mütəxəssisləri sitrus bağlarında müşahidələr aparıb, təsərrüfat sahiblərinə lazımi tövsiyələr veriblər. Agentliyin əməkdaşları Beylaqan rayonunda 187 hektar nar bağında da fitosanitar müşahidələr aparıblar. Müşahidələr zamanı meyvə bağlarında zərərli orqanizmlərdən olan mənənə və yastıcalar aşkarlanıb. Təsərrüfat sahiblərinə kimyəvi preparatlardan istifadə qaydaları və təhlükəsizlik tədbirləri barədə məlumatlar verilib.

CEYHUN

 





16.08.2019    çap et  çap et