525.Az

Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər


 

Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər <b style="color:red"></b>

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Birləşmə və hissələrin ştat şəxsi heyəti S-125 zenit-raket komplekslərindən şərti düşmən hədəflərini aşkarlayaraq praktiki şəkildə məhv etmə tapşırığını müvəffəqiyyətlə icra edib.

Keçirilən təlimlərin məqsədi şəxsi heyətin praktiki vərdişlərini təkmilləşdirmək və döyüş qabiliyyətinin yüksəldilməsinə nail olmaqdır.

 





16.08.2019    çap et  çap et